“Sobsan” boya fabrikindəki yanğınla bağlı TƏBİB-dən AÇIQLAMA

22:00 04-07-2020 330

Binəqədi rayon 7 mikrorayon ərazisində yanan “Sobsan” boya fabriki ərazisinə beş təcili tibbi yardım briqadası göndərilib.

Bu barədə HerGun.Az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, hadisədə xəsarət alan yoxdur.

Bu dəqiqəyə qədər təcili tibbi yardıma müraciət edən olmayıb.