Avropanın ikinci ən böyük aviaşirkəti minlərlə işçisini ixtisar edir

03:20 05-07-2020 351

Fransanın “Air France-KLM” aviaşirkəti koronavirus pandemiyası fonunda yaranan böhran səbəbindən 7 580 işçisini ixtisar etməyi planlaşdırır.

Bu barədə BBC telekanalı məlumat  yayıb.

Avropanın ikinci ən böyük aviaşirkəti hesab olunan “Air France-KLM” 2022-ci il üçün daha 6 560 əməkdaşın ixtisarını nəzərdə tutur.

Bildirildiyinə görə, ixtisar prosesi azı üç il çəkəcək.

Aviaşirkətin hesablamalarına əsasən, böhran bitəndən sonra əvvəlki gəlir səviyyəsinə yalnız 2024-cü ildə qayıtmaq mümkün olacaq.