56 yaşlı Gəncə sakini xəstəliyə dözməyib özünü asdı

03:18 19-06-2019 456

Gəncə şəhər sakini öz evinde inthar edib.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Ordubadi küçəsi 170 ünvanında baş verib.

Həmin ünvanda yaşayan 1963-cü il təvəllüdlü Babayev Tufan yaşadığı evin həyətində özünü asıb. Meyiti mərhumun kürəkəni aşkar edib. Məlumata görə, T.Babayev uzun müddət xəstəlikdən əziyyət çəkib: o, keçirdiyi infarktdan sonra özünə gələ bilmirdi.

Faktla bağlı Gəncə şəhər prokurorluğu tərəfindən araşdırma aparılır.

Nazir Quliyev