Klinton özünü Trampla müqayisə etdi: “Pandemiyanın öhdəsindən daha yaxşı gələrdim”

03:40 05-07-2020 389

ABŞ Prezidenti Donald Trampın 2016-cı ilin prezident seçkilərindəki rəqibi Hillari Klinton koronavirus pandemiyasının öhdəsindən daha yaxşı gələcəyinə əmin olduğunu bildirib.

Bu barədə “The Hollywood Reporter” məlumat yayıb.

“Pandemiyanı sərhədlərimizdə, əvvəllər Trampın iddia etdiyi kimi, saxlaya bilməzdik, ancaq əminik ki, ən yaxşı işi görə, həyatları xilas edə, daha məsuliyyətli ola bilərdik”, - deyə, H.Klinton bildirib.