Naftalanda ər bıçaqla arvadını öldürüb, qızını ağır yaralayıb

10:00 05-07-2020 605

Naftalanda ər bıçaqla arvadını öldürüb, qızını isə ağır yaralayıb. 

APA-nın məlumatına görə, hadisə axşam Naftalan şəhərində baş verib.

Ailə münaqişəsi zəminində ər 1979-cu il təvəllüdlü həyat yoldaşı Elmira Elm qızı Verdiyevanı və 2002-ci il təvəllüdlü qızı Həsənova Aysunu bıçaqlayıb. 

Hər iki yaralı xəstəxanaya aparılsa da, Elmira Verdiyeva aldığı xəsarətdən ölüb. A.Həsənova reanimasiyaya yerləşdirilib. 

Faktla bağlı şəhər prokurorluğunda cinayət işi başlanıb.