Rusiyada yaxın günlərdə anomal istilər gözlənilir - XƏBƏRDARLIQ

11:00 05-07-2020 351

Rusiya hidrometeoroloqları anomal istilər barədə xəbərdarlıq ediblər.

“RİA Novosti”nin xəbərinə görə, yaxın günlərdə bir neçə vilayət və şəhərdə havanın temperaturunun 40 dərəcəni ötəcəyi proqnozlaşdırılıb.

Belə ki, Saratov vilayətində 5-7 iyul tarixlərində havanın istiliyi müsbət 40, Rostovda 40-41, Həştərxanda 40-42, Kalmıkiyada 42-43 dərəcə istilik gözlənilir. 

Yüksək temperatura görə meşə yanğınlarının olacağı da istisna edilmir.