Jurnalist Pərvin Əsgərlinin koronavirusa yoluxmuş anası xəstəxanaya yerləşdirildi

20:00 05-07-2020 403

Ötən gün ATV telekanalının aparıcısı Pərvin Əsgərlinin anasının koronavirusa yoluxması ilə bağlı məlumat vermişdik.

Həmkarımızın anası artıq xəstəxanaya yerləşdirilib.

Bu barədə HerGun.Az-a Pərvin Əsgərli özü məlumat verib.

O bildirib ki, anası artıq iki gündür Bakı Sağlamlıq Mərkəzində müalicə alır:

“Müntəzəm xəstəxana ilə əlaqə saxlayıram. Anam həkimlərin nəzarəti altındadır. Həkimlər vəziyyətinin orta-stabil olduğunu deyirlər. Amma halsızlığı olur. Elə vəziyyətdir ki, hər an xəstənin vəziyyəti dəyişə bilər. Həkimlərin dediyinə görə müalicəsi mərhələli şəkildə aparılmalıdır. Çox sağ olsun həkimlər dərhal müdaxilə edir. Ağır antibiotiklər alır və sistemlər köçürülür.

Bakı Sağlamlıq Mərkəzinin həkimlərinə təşəkkür edirəm. Anamın vəziyyəti ilə ciddi şəkildə maraqlanırlar. Bu məsələyə diqqət ayıran hər kəsə təşəkkür edirəm. İnşallah anamı tezliklə əvvəlki sağlamlığına qovuşdurub evimizə geri göndərəcəklər. Allah bütün xəstələrə şəfa versin”.

P.Əsgərli bir daha virusa inanmayanlara səslənib: “Çox ağır virusdur. Hər kəs özünü və doğmasını qorusun. Ani ehtiyatsızlıq ağır nəticəyə gətirib çıxara bilər”.