Göyçayda evdə yanğın

02:40 06-07-2020 382

Göyçayda evdə yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Göyçay rayonunun Çayarxı kəndində ümumi sahəsi 40 kvadrat metr olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan iki ton ot bağlaması, bitişik ümumi sahəsi 260 kvadrat metr olan kürsülü, birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 100 kvadrat metr sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.