İtkin düşmüş yeniyetmənin 88 yaşlı pensiyaçını qətlə yetirdiyi üzə çıxdı

04:00 06-07-2020 411

Rusiyanın Leninqrad vilayətində yerləşən Vıborq şəhərində yanmış mənzildə 88 yaşlı pensiyaçının meyiti aşkarlanıb.

HerGun.Az Rusiya İstintaq Komitəsinin Leninqrad vilayəti üzrə İstintaq İdarəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, pensiyaçının bir hissəsi yanmış meyitinin üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlər aşkarlanıb.

Eyni zamanda, hüquq-mühafizə orqanları Vıborq şəhərinin 17 yaşlı sakininin itkin düşməsi barədə məlumat alıblar. Polis yeniyetmənin gödəkcəsini tapıb.

İtkin düşmüş şəxsin üst geyiminin ciblərində aşkarlanmış iki telefondan biri qətlə yetirilmiş pensiyaçıya məxsus olub.

Bir müddətdən sonra tapılmış yeniyetmə qətli törətdiyini etiraf edib.