UFC döyüşçüsü tanımadığı şəxsi ölümdən xilas etdi - FOTO

05:20 06-07-2020 398

UFC döyüşçüsü Con Cons ABŞ-ın Müstəqillik Gününü bayram edərkən tanımadığı bir şəxsi ölümdən qurtarıb.

HerGun.Az xəbər verir ki, bu barədə idmançı “Twitter” hesabında yazıb.

Onun sözlərinə görə, bayramı qeyd edərkən bir nəfərin huşsuz şəkildə yerdə uzandığını görüb. Cons dostları ilə birlikdə kişini kölgəliyə aparıb, onu özünə gətirib və su içməyə məcbur edib.

“Əminik ki, bu adamı ölümdən xilas etdik. Özümü inanılmaz hiss edirəm”, - deyə döyüşçü fikirlərini bölüşüb.