Ayrılığı həzm edə bilməyən kişi keçmiş sevgilisinin evini külə çevirdi

06:40 06-07-2020 422

Ayrılığı həzm edə bilməyən kişi keçmiş sevgilisinin evini külə çevirib.

Sondakika.com-un xəbərinə görə, hadisə Türkiyənin Balıkesir şəhərində baş verib.

Belə ki, binanın 11-ci mərtəbəsində başlayan yanğın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən söndürülsə də, ev yararsız hala düşüb.

Ev sahibi Ö.Şimşək evinin beş ay əvvəl ayrıldığı sevgilisi tərəfindən yandırıldığını bildirib. O, daha əvvəl də təhdidlərə məruz qaldığını qeyd edib.