Qusarda yük maşını yandı

09:40 06-07-2020 356

Qusar rayonunun Piral kəndində ZİL markalı yük avtomobilinin taxta konstruksiyadan ibarət banı və banına yığılan 2,5 ton ot bağlamasının iki tonu yanıb. 

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, avtomobilin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın söndürülüb.