“Fairmont” müştərilərdən üzr istədi, hovuzu bağladı

22:00 07-07-2020 391

“Faitmont Baku” hoteli açıq hava hovuzunun fəaliyyətini dayandırıb.

Bu barədə hotelin yaydığı məlumatda bildirilir:

“COVID-19-un yayılmasına qarşı mübarizəni dəstəkləmək məqsədilə, “Fairmont Bakı” ərazisində yerləşən açıq hava hovuzunun fəaliyyətini dayandırır.

Bütün təhlükəsizlik tədbirlərinə uyğun olaraq, hotel fəaliyyət göstərməyə və qonaqları qəbul etməyə davam edəcək. “Fairmont Bakı”da yüksək sanitariya standartlarına bütün sahələrdə riayət olunur və bura sağlamlıq və təhlükəsizlik tələbləri daxildir. COVID-19-un yayılmasına qarşı mübarizə tədbirləri kimi tətbiq olunan standartlar TƏBİB tərəfindən hazırlanmış tövsiyələrə tam uyğundur”.

“Bizim üçün əsas məsələ qonaqlarımızın sağlamlığı və rifahıdır. Buna görə də, biz, Azərbaycanda karantin məhdudiyyətləri aradan qaldırılana qədər, hotelimizin açıq hava hovuzunun fəaliyyətini dayandırmaq qərarına gəldik. Biz bu yaxınlarda hoteldə qalarkən xoş olmayan vəziyyətlə üzləşən qonaqlarımızdan üzr istəyirik”, - deyə Fairmont Bakı Alov Qüllələrinin Baş meneceri Metyu Qreppo bildirib.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Fairmont Bakı Alov Qüllələri Azərbaycanda karantin rejimi bitənə qədər açıq hava hovuzunun fəaliyyətini dayandırır. COVID-19-un yayılmasına qarşı mübarizəni dəstəkləmək məqsədilə, Fairmont Bakı ərazisində yerləşən açıq hava hovuzunun fəaliyyətini dayandırır. Bütün təhlükəsizlik tədbirlərinə uyğun olaraq otel fəaliyyət göstərməyə və qonaqları qəbul etməyə davam edəcək. Fairmont Bakıda yüksək sanitariya standartlarına bütün sahələrdə riayət olunur və bura sağlamlıq və təhlükəsizlik tələbləri daxildir. COVID-19-un yayılmasına qarşı mübarizə tədbirləri kimi tətbiq olunan standartlar TƏBİB tərəfindən hazırlanmış tövsiyələrə tam uyğundur. “Bizim üçün əsas məsələ qonaqlarımızın sağlamlığı və rifahıdır. Buna görə də, biz, Azərbaycanda karantin məhdudiyyətləri aradan qaldırılana qədər, otelimizin açıq hava hovuzunun fəaliyyətini dayandırmaq qərarına gəldik. Biz, bu yaxınlarda oteldə qalarkən xoş olmayan vəziyyətlə üzləşən qonaqlarımızdan üzr istəyirik.” – Metyu Qreppo, Fairmont Bakı Alov Qüllələri, Baş Menecer . . . To support the fight against the spread of COVID-19, Fairmont Baku suspends the operation of outdoor pool on the hotel’s territory. The hotel will continue to operate and is welcoming guests, in line with all safety measures. High sanitary standards at Fairmont Baku are being followed in all areas and include health and safety requirements. The enforced standards are fully consistent with the recommendations developed by TABIB, as measures to combat the spread of COVID-19. “Health and well-being of our guests is our main priority. Therefore, we have decided to suspend operation of the outside pool of our hotel, until further notice of quarantine restrictions in Azerbaijan. We apologize to the guests, who recently have faced an uncomfortable situation while being accommodated at the hotel.”– Mathieu Greppo, General Manager, Fairmont Baku Flame Towers #fairmontbaku #flametowers

Публикация от Fairmont Baku, Flame Towers (@fairmontbaku)