Binəqədidə təmir sexində iki avtomobil yandı

00:20 08-07-2020 436

Bakı şəhərinin Binəqədi rayonunda avtomobil təmiri sexində “BMW” və "Volkswagen" markalı iki minik avtomobilinin yük hissəsi və salonu yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hər iki avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.