Braziliya prezidenti COVID-19-a yoluxduğunu deyəndən sonra maskasını çıxardı və… - VİDEO

10:40 08-07-2020 473

Braziliya Mətbuat Assosiasiyası (ABI) jurnalistlərlə görüş zamanı onları koronavirusa yoluxma təhlükəsi ilə üz-üzə qoyan Prezident Jair Bolsonarunu məhkəməyə verməyə hazırlaşır.

Lenta.ru-nun məlumatına görə, bu barədə təşkilatın saytında bildirilib.

Qeyd olunur ki, iyulun 7-də J.Bolsonaru jurnalistlərlə şəxsi görüşü zamanı koronavirus testinin müsbət nəticələri barədə məlumat . O, həmin vaxt maskada olsa da, sosial məsafəni gözləməyib. Sonra isə özünü yaxşı hiss etdiyini nümayiş etdirmək üçün mətbuat nümayəndələrindən bir neçə metr aralanaraq maskasını çıxarıb.

Assosiasiyanın bəyanatında bidirilir ki, prezident özünütəcrid rejimini pozub və “cinayətkar davranışı ilə” jurnalistlərin həyatını təhlükəyə atıb.

Dövlət başçısı cərimə və həbs kimi cəza növlərini nəzərdə tutan iki cinayət maddəsi üzrə ittiham edilib. Buna əsaslanaraq, assosiasiya J.Bolsonarunu Ali Məhkəməyə vermək istəyir.

Qeyd edək ki, koronavirusa yoluxma hallarına görə Braziliya dünyada ikinci yerdədir. Ölkədə 1,6 milyondan çox yoluxma hadisəsi qeydə alınıb.