Suriyada İŞİD başçıları məhv edildi

20:00 22-09-2018 18
loading...

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyaya məxsus helikopterlər İŞİD terror təşkilatının yaraqlılarını Suriyanın Deyr-əz-Zor bölgəsində məhv edib.

Bu barədə HerGun.Az SANA agentliyinə istinadla xəbər verir.

Yerli mənbələrin bildirdiyinə görə, İŞİD-in yüksək rütbəli komandirləri ərazidən təxliyyə zamanı öldürülüblər.

Hazırda İŞİD terrorçuları Deyr-əz-Zorun şərqində gizlənirlər.