Sabunçuda avtomobillər toqquşdu, xəsarət alan var
00:40 09-07-2020 362
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Pirşağı qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü Xudiyev Yaqub Səfər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.