Baydendən ABŞ-ın Rusiya və Çindən idxal etdiyi məhsullarla bağlı təklif

04:40 09-07-2020 42

ABŞ prezidentliyinə namizəd Co Bayden Çin və Rusiyadan idxal olunan məhsullara məhdudiyyətlər gətirilməsini təklif edib.

Bu barədə Gazeta.ru məlumat yayıb.

Siyasətçinin sözlərinə görə, sözügedən ölkələr ABŞ-ın milli təhlükəsizliyinə təhdid təşkil edirlər.

C.Bayden bildirib ki, kritik əhəmiyyətli infrastruktur və tədarükün müdafiəsi üçün mütləq Rusiya və Çin idxalından asılılıq aradan qaldırılmalıdır.

“ABŞ və müttəfiqləri Çin və Rusiya kimi ölkələrin kritik əhəmiyyətli məhsullarının tədarükündən asılı olmamalıdır”, - deyə C.Bayden bildirib.