Azərbaycanda daha bir kənd susuzluqdan əziyyət çəkir - VİDEO

11:40 09-07-2020 492

Azərbaycanın daha bir kəndi su böhranı ilə üz-üzədir.

HerGun.Az xəbər verir ki, Neftçala rayonu Mirqurbanlı kəndində Kür çayının şorlaşmasına görə kənd sakinləri susuzluqdan şikayət edir.

600-ə yaxın təsərrüfatı olan kəndin sakinləri bildirir ki, iki gündür, kəndə beş ton su gətirilir. 

Lakin gətirilən su kənd əhalisi üçün yetərli deyil.