Futbolçu rəqibin bütün oyunçularını aldadaraq qol vurdu - VİDEO

01:45 23-09-2018 18
loading...

İtaliya “Parma”sının hücumçusu Jervinyo A Seriyasında “Kalyari” ilə oyunda bütün meydanı topla keçərək qol vurub.

HerGun.Az xəbər verir ki, 47-ci dəqiqədə afrikalı legioner topu öz cərimə meydançası yaxınlığında ələ keçirərək irəli atılıb. Ardıcıl bir neçə futbolçunu aldadan Jervinyo rəqib qapısına qədər irəliləyib və qola imza atıb.

Fərqlənmək üçün forvard 80 metr məsafəni qət edib.

Görüş “Parma”nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.