Hovuz kənarında istirahət edənlər cərimələndi - VİDEO

12:20 09-07-2020 396

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman bir qrup şəxsin bir yerə toplaşaraq, hovuzda istirahət etdiyini və karantin qaydalarını pozduğunu müəyyən ediblər.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, həmin şəxslər Polis Şöbəsinə dəvət edilib və barələrində inzibati tənbeh tədbirləri görülüb. 

Onların hər biri ilə polis əməkdaşları tərəfindən profilaktik söhbətlər aparılıb, karantin rejimi qaydaları izah olunub və ciddi xəbərdarlıq edilib.

Qaydaları pozanlar da əməllərindən peşman olduqlarını səmimi olaraq etiraf ediblər.

Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimələnib, iki nəfər barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib.