Billi Aylişin anası qızının qeyri-adi asılılığından danışdı - VİDEO

07:20 10-07-2020 558

Məşhur amerikalı müğənni Billi Ayliş uşaq vaxtı kanadalı müğənni Castin Biberin xəstəlik səviyyəsində pərəstişkarı olub. Buna görə, valideynləri Billini hətta müalicə etdirmək istəyiblər.

“Me&Dad Radio”nun verdiyi məlumata görə, bunu ifaçının anası Meqqi Okonnel etiraf edib.

“Sadəcə, vurğulamaq istəyirəm ki, biz həqiqətən səni psixoloqun qəbuluna aparmaq istəyirdik… Sən Castin Biberə görə o qədər əziyyət çəkirdin ki. O qədər ağrı, acı var idi…”, - deyə, Okonnel xatırlayıb.

Ananın sözlərinə görə, Biberin “As Long As You Love Me” mahnısını dinləyən zaman Ayliş göz yaşlarını saxlaya bilmirdi.

Qeyd edək ki, hazırda hər iki müğənni dost münasibətindədir və hətta “Bad Guy” hiti üçün birlikdə musiqi yazıblar.