Bred Pitt yenə gizli şəkildə Ancelina Colinin malikanəsinin ətrafında görülüb

06:40 11-07-2020 448

Hollivudun məşhur aktyoru Bred Pitt bir ayda ikinci dəfə keçmiş həyat yoldaşı Ancelina Colinin yaşadığı iqamətgahın ətrafında görünüb.

2016-cı ildə Bred Pittdən ayrılan A.Coli anası və altı uşağı ilə birgə karantini şəxsi malikanəsində keçirir.

“Daily Mail” xəbər verir ki, 56 yaşlı aktyor qara gödəkcədə, cins şalvarda və ağ əlcəklərdə paparatsilərin obyektvinə tuş gəlib.

Qeyd edək ki, sabiq cütlüyün münasibətlərində dörd ilə yaxındır gərginlik hökm sürür. Aktyorlar kömək üçün dəfələrlə ailə psixoloquna müraciət ediblər.