“Qarabağ” UEFA reytinqində irəlilədi

19:09 19-07-2019 999

UEFA klubların yeni reytinq cədvəlini açıqlayıb.

HerGun.Az-ın məlumatına görə, Azərbaycanı Çempionlar Liqasında təmsil edən yeganə klub olan “Qarabağ” reytinqdə xallarını 19.000-ə çatdırıb. 

Bildirilib ki, avrokuboklarda I təsnifat mərhələsini keçən Ağdam klubu bu nəticə ilə üç pillə irəliləyərək reytinqdə 69-cu yerdə qərarlaşıb. 

Qeyd edək ki, “Qarabağ” klubu Çempionlar Liqasının I təsnifat mərhələsində Albaniyanın “Partizani” klubunu (0:0, 2:0) mübarizədən kənarlaşdırıb.

Samir İsayev