Qusarda keçən əsrdən qalmış elektrik dirəkləri ölüm təhlükəsi saçır - FOTO

12:20 11-07-2020 403

Qusar rayonu Aşağı Ləgər kəndində elektrik dirəkləri ölüm təhlükəsi saçır.  

Bu barədə HerGun.Az-a kənd sakinləri müraciət ediblər.

Sakin İmamməddin Tağıyev bildirib ki, yol kənarında yerləşən elektrik dirəyi 1970-ci illərdə quraşdırılıb.

“Artıq elektrik dirəyinin istifadə müddəti bitib. Dəfələrlə ərazi üzrə nümayəndəliyə bu barədə bildirsək də, heç bir nəticə verməyib”.

“Elektrik dirəyinin yerləşdiyi yoldan kənd sakinləri ilə yanaşı, rayonun Gedəzeyxur kəndinə də gedən şəxslər istifadə edir. Bu da təhlükəyə yol açır”, - deyə sakin qeyd edib.

İlhamə Əbülfət