“Jiquli”nin sürücüsü “Lexus”la toqquşmadan sonra xəstəxanaya düşdü

05:36 19-06-2019 613

Bakıda 2 avtomobil toqquşub, sürücü yaralanıb.

HerGun.Az xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib.

1992-ci il təvəllüdlü Hüseynov Amil Nəcəf oğlu idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə hərəkətdə olarkən “Lexus” markalı minik maşını ilə toqquşub. 

Qəza nəticəsində A.Hüseynov xəsarət alıb və dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Yaralıya kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu