“Şah” superturnirin finalında

21:27 19-07-2019 1074

Riqada FIDE-nin və “World Chess”in birgə təşkil etdiyi “Grand Prix 2019” seriyasının II mərhələsinin yarımfinalının cavab oyunları keçirilib.

HerGun.Az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov yarımfinalın ikinci görüşündə qara fiqurlarla oynadığı amerikalı Uesli So ilə bərabərliyə razılaşıb.

“Şah” ötən gün ağ fiqurlarla rəqibini məğlub etdiyi üçün finala çıxıb.

Yarımfinalın digər görüşündə fransalı Maksim Vaşye-Laqrav rusiyalı Aleksandr Qrişuka qalib gəlib. İlk görüşü heç-heçə bitən cütlükdən Vaşye-Laqrav finalda Şəhriyara rəqib olub.

Qeyd edək ki, finalın ilk və cavab partiyaları 22-23 iyul tarixlərində olacaq. Əgər tay-brekə ehtiyac olarsa, görüş iyulun 24-də oynanılacaq.