Bakıda illərlə qalaqlanmış zibillik ETSN-nin müdaxiləsindən sonra təmizləndi - FOTO

21:40 12-07-2020 388

Bir neçə gün əvvəl Baku TV Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsində yaşayanların illərdir həllini tapmayan problemini .

Belə ki, ərazidə illərlə qalaqlanan zibil sakinlərin icra orqanlarına illərlə şikayətlərinə rəğmən, təmizlənməmiş qalmışdı.

Baku TV-nin sakinlərin müraciəti əsasında hazırladığı reportajın HerGun.Az-da dərc olunmasından sonra problem qismən həllini tapıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimovanın köməyi, nazirliyin Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadənin bilavasitə göstərişi ilə və xidmət əməkdaşlarının ərazi icra nümayəndəliyi ilə müəyyən danışıqlarından sonra ərazi təmizlənib.

Qeyd edək ki, artıq neçənci dəfədir ki, məhz ETSN-nə müraciətimizdən dərhal sonra, onların tələbi və göstərişi ilə məsələ həllini tapır.