Bakıda iki azyaşlı qızı avtomobil vurub

23:20 12-07-2020 347

Bakının Sabunçu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Məmmədəliyev küçəsində qeydə alınıb.

Belə ki, “Toyota” markalı avtomobil yüksək sürətlə yol kənarında dayanan doqquz yaşlı Yusifova Aysun Əmirhüseyn qızı və səkkiz yaşlı Yusifova Ruqiyyə Bayandur qızını vurub. 

Hər iki yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, yaralılar ağır qapalı kəllə-beyin travması ilə reanimasiyadadırlar.