Cəlilabadda altı ton ot bağlaması yandı

06:00 13-07-2020 396

Cəlilabad rayonunun Şıxlar kəndində ümumi sahəsi 120 kvadrat metr olan tövlənin yanar konstruksiyaları 60 kvadrat metr sahədə və damına yığılan altı ton ot bağlaması yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tövlənin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.