Təyyarədə qorxulu anlar: Sərnişinlər qışqırmağa və dua etməyə başladılar - VİDEO

08:00 14-07-2020 561

Hindistanın “IndiGo” avia şirkətinə məxsus təyyarənin uçuşu zamanı  baş verən güclü turbulentlik sərnişinlərə qorxulu anlar yaşadıb.

“Daily Express”in yayımladığı videoda sərnişinlərin qorxudan qışqırmaları və dua etdikləri görünür.

Hadisə Ər-Riyaddan (Səudiyyə Ərəbistanı) Kaşmir şəhərinə səfər zamanı baş verib.

Video müəllifinin sözlərinə görə, stüardessaların sərnişinləri sakitləşdirmək cəhdi heç bir fayda verməyib.