Ermənistan sərhəddə təxribat törətdi: Mülki şəxs vəfat etdi

11:40 14-07-2020 457

Ermənistanın Azərbaycanla sərhəddə Tovuz rayonu istiqamətində törətdiyi təxribat nəticəsində mülki şəxs həlak olub. 

HerGun.Az-ın təmas xəttində olan əməkdaşı xəbər verir ki, Ermənistanın artilleriya atəşləri nəticəsində Tovuzun Ağdam kəndinin sakini Əziz Əzizov vəfat edib. 

Mərmi onun yaşadığı evin həyətinə düşüb. 

Onun 70-dən yuxarı yaşı var idi. 

Aqşin Kərimov