Afrikanın ən güclü milli komandası bilindi - VİDEO

01:36 20-07-2019 1251

Afrika Millətlər Kubokunun qalibi bəlli olub.

HerGun.Az xəbər verir ki, qrup mərhələsində Seneqala 1:0 hesabı ilə qalib gəlmiş Əlcəzair millisi finalda yenə bu rəqibini eyni hesabla məğlub edib.

İkinci dəqiqədə Bağdad Bunecanın vurduğu qol ərəblərə ikinci dəfə bu turnirin qalibi olmağa imkan verib.

Qeyd edək ki, ilk dəfə Əlcəzair millisi bu turnirin qalibi adını 1990-cı ildə ev sahibi olarkən qazanmışdı.

Seneqal isə 2002-ci ildə olduğu kimi finalda uduzaraq yenə Afrikanın ən güclü millisi ola bilməyib.

Səbuhi Musayev