Ermənistan daha iki zabitinin öldüyünü təsdiqlədi

19:00 14-07-2020 405

Ermənistan Müdafiə Nazirliyi itkilərlə bağlı növbəti dəfə açıqlama verib. 

Bununla bağlı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan “Facebook” hesabında məlumat verib. 

O bildirib ki, Azərbaycan Ordusu tərəfindən kiçik leytenantlar Smbat Qeorqiyeviç Qabrielyan və Qrişa Vaanoviç Matevosyan məhv edilib.

Qeyd edək ki, iyulun 12-də günorta saatlarından başlayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq, artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.

Bu gün Ş.Stepanyan verdiyi açıqlamada Ermənistan ordusunun iki hərbçisinin - mayor Qaruş Ambartsumyan və kapitan Sos Elbakyanın Azərbaycan Ordusu tərəfindən məhv edildiyini bildirmişdi.