Avtomobillər toqquşdu, iki nəfər yaralandı

02:54 20-07-2019 619

Biləcəri qəsəbəsində "Mercedes" və "Mitsubishi Pajero" markalı minik avtomobilləri toqquşub.

HerGun.Az bildirir ki, qəza zamanı 2 nəfər - 1984-cü il təvəllüdlü Mustafayev Ruslan Elxan oğlu və 25 yaşlı Əliyev Vüsal Firdovsi oğlu ağır yaralanıb. 

Hər iki şəxs təcili olaraq xəstəxanaya yerləşdirilib. R.Mustafayevə qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi, V.Əliyevə isə boyunun əzilməsi, qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır. 

Kamil Əmirli 

Elşad Mətləboğlu