Albaniyalı və braziliyalı futbolçulardan Azərbaycanla bağlı paylaşım - FOTO

11:00 15-07-2020 476

“Qarabağ”ın daha iki sabiq əcnəbi futbolçusu Azərbaycanla bağlı paylaşım edib.

HerGun.Az xəbər verir ki, hazırda ABŞ-ın “Nyu-York Kosmos” klubunda çıxış edən albaniyalı Ansi Aqolli münaqişənin getdiyi Tovuzu göstərən Azərbaycan xəritəsini paylaşıb.

Millimizin braziliyalı futbolçusu Rişard Almeyda isə şəhid övladlarının dəfn zamanı çəkilən şəkillərini öz “Story”sində bölüşüb.

Qeyd edək ki, daha əvvəl “Qarabağ”ın makedoniyalı sabiq futbolçusu Muarem Muarem də oxşar post paylaşmışdı.

Səbuhi Musayev