Azərbaycanda daha 559 nəfər koronavirusa yoluxdu: Yeddi nəfər öldü - FOTO

16:40 15-07-2020 376

Son sutka ərzində Azərbaycanda daha 559 nəfərin koronavirusa yoluxduğu aşkarlanıb.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

Qeyd edilib ki, daha əvvəl virusa yoluxduğu aşkarlanmış 545 nəfər koronavirusdan sağalıb, yeddi nəfər isə vəfat edib.