Titrəyən Merkel təcili məzuniyyətə çıxır – “Titrəyən qadın”ı da özü ilə götürür

05:45 20-07-2019 949

Almaniyanın kansleri Anqela Merkel 28 günlük məzuniyyətə çıxır.

Bu barədə “Strana.ua” yazır.

Bildirilir ki, AFR-nın kansleri məzuniyyətə  20 iyula planlaşdırılmış rəsmi görüşdən sonra gedəcək. O, Alp dağlarına yollanmağı planlaşdırır.

Merkel özü ilə Nyu-Yorkdan olan müəllif Siri Hustvedtin  “Titrəyən qadın” kitabını da götürəcək. Əsərin baş qəhrəmanı titrəmədən əziyyət çəkən qadındır.

Xatırladaq ki, bir müddət öncə, Merkel səhhəti ilə bağlı postunu tərk etmək fikrində olmadığını bildirmişdi.

Eləcə də Merkel də nadir və az tətqiq olunmuş ortostatik tremmor xəstəliyinin aşkar edildiyi məlum olmuşdu. Bu xəstəlik səbəbindən Almaniya kanslerinin ictimaiyyətin qarşısında titrəmələri olub.