Saakaşvili Zelenskiyə şans vermək qərarına gəldi

06:54 20-07-2019 938

Gürcüstanın sabiq prezidenti, eləcə də Odessa  vilayətinin eks-qubernatoru Mixail Saakaşvili “Yeni qüvvələr hərəkatı” partiyasının Ali Radaya iyulun 21-də keçiriləcək seçkilərinə qatılmayacağını  bildirib.

Bu barədə Saakaşvili özünün “Facebook” səhifəsində bildirib.

Siyasətçi müraciətində seçiciləri Ukrayna prezidenti Vladimir Zelenskinin “Xalqın qulu” partiyasına səs verməyə çağırıb. O bildirib ki, dövlət başçısının partiiyasına müstəqil hökumətin yaradılması üçün gərək olan faizi toplamağa kömək etmək lazımdır.

“Zelenskiyə “qoca” siyasətçilərə güzəştə getməməklə,  səs çoxluğunu toplamağa şans vermək lazımdır”, - deyə Gürcüstanın eks-prezidenti bildirib.