Məmmədyarov Pompeonun köməkçisi ilə görüşdü

21:15 25-09-2018 47

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ves Miçellə görüşüb.
 
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən HerGun.Az-a verilən məlumata görə, BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində baş tutan görüşdə ikitərəfli əməkdaşlıq gündəliyinin bir çox məsələləri üzrə fikir mübadiləsi aparıb. 

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər müzakirə edilib.