“Mançester Siti” “Valensiya”nın hücumçusunu transfer edir

08:40 16-07-2020 492

İspaniyanın “Valensiya” klubunun futbolçusu Ferran Torres "Mançester Siti"yə keçə bilər.  

Sports.ru-nun məlumatına görə, futbolçu bu təklifə razıdır. Artıq hər iki klub arasındakı danışıqlar da başa çatmış sayıla bilər.  

20 yaşlı futbolçunun müqaviləsində dəbbə pulunun 100 milyon avro olacağı gözlənilir.