Bakıda iki maşın toqquşdu: Gənc qadın xəsarət aldı

09:20 16-07-2020 454

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Report-un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü Ağayeva İlahə Elman qızı yaralanıb.

Zərərçəkən təcili yardımın köməyilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.