Salyanda avtomobil beton maneəyə çırpıldı, xəsarət alan var

08:45 20-07-2019 818

Bu gün səhər saatlarında Salyanda yol-nəqliyyat hadisəsi baş verib. 

HerGun.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə köhnə Ələt-Astara magistral yolunun rayonun  Yenikənd kənd ərazisindən keçən hissəsində  baş verib.  

Belə ki, “OKA” markalı avtomobil qəfil idarəetməni itirərək beton maneəyə çırpılıb.  Qəza nəticəsində Salyan rayon sakini, 1990-cı il təvəllüdlü Cavadov Samir Xanoğlan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.  

Xəsarət alan Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.