Bakıda bir nəfər köməksiz qaldı

10:20 17-07-2020 414

Bakıda bir nəfər köməksiz qalıb.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, Bakı şəhərinin Səbail rayonu üzrə liftdə bir nəfər köməksiz vəziyyətdə qalıb.

Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən bir nəfərin liftdən çıxarılması təmin edilib.