Türkiyədə kütləvi zəhərlənmə: aralarında onlarla uşaq var

09:54 20-07-2019 541

Türkiyənin Ərzincan şəhərində qida zəhərlənməsi şübhəsi ilə azı 56 nəfər xəstəxanaya yerləşdirilib.

Türkiyə mətbuatı yazır ki, xəstəxanaya yerləşdirilənlərdən 21-i uşaqdır.

Məlumata görə, hərbi xidmətə yolasalma mərasimindən sonra qonaqları şəhərin mərkəzində ziyafətə dəvət ediblər.

Qısa müddətdən sonra ziyafət iştirakçıları təcili yardım xidmətinə yüksək temperatur, ürəkbulanma, başgicəllənmə şikayətləri ilə müraciət ediblər.

Təcili yardım maşınları səhhəti pisləşən adamları xəstəxanaya yerləşdirib və orada onlara ilkin tibbi yardım göstərilib.