Sərt karantin rejimi elan olunan rayonlarda da imtahanlar olacaq - RƏSMİ

14:20 17-07-2020 357

“Sərt karantin rejimi elan olunan rayonlarda imtahan keçirilməsi üçün icazə alınıb”.

HerGun.Az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə buraxılış və qəbul imtahanları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, həmin rayonlarda imtahan verilən zaman qaydalar olacaq:

“Hər dörd imtahan günü təxminən 15 min abituriyent imtahanlara cəlb olunacaq”.

M.Abbaszadə əlavə edib ki, imtahanlarda iştirakçıların kütləviliyinin azaldılması məqsədilə kolleclərə (və ya hərbi liseylərə) ərizə verməyən doqquzuncu sinif şagirdləri iştirak etməyəcəklər:

“Bu şagirdlər üçün buraxılış imtahanı sentyabr ayında keçiriləcək”.

İlhamə Əbülfət