Xaricə getmək istəyən və attestat alan məzunların NƏZƏRİNƏ

14:40 17-07-2020 367

“Xaricə getmək istəyən və attestat alan məzunlar ali məktəblərə qəbul imtahanlarında iştirak edə bilərlər”.

HerGun.Az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə buraxılış və qəbul imtahanları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, onlar buraxılış imtahanında iştirak etdikdən sonra qəbul imtahanına buraxılacaq. 

M.Abbaszadə qeyd edib ki, həmin şəxslərdən abituriyent kimi imtahan üçün sənəd veribsə, o, imtahanda iştirak edə bilər.

İlhamə Əbülfət