Sərxoş sürücü: İçib tank sürmürəm ki... - VİDEO

10:00 20-07-2019 910

Gecə saatlarında Bakı Şəhər Baş Polis İdarəsi tabeli orqanları ilə birgə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədi ilə reyd keçirib.

Avtosfer.az-ın xəbərinə görə, reyd zamanı sərxoş vəziyyətdə avtomobil idarə edən sürücü Şirvan Quliyev tibbi müayinəyə aparılıb.

O, jurnalistlərə müsahibəsi ilə diqqət çəkib. Ş.Quliyev içib tank sürmədiyini, avtomobil idarə etdiyini deyib.