Müsbət statistika: Sağalanların sayı ilk dəfə 645-ə çatdı - RƏSMİ

18:20 18-07-2020 359

Azərbaycanda daha 497 nəfərdə koronavirusa yoluxma aşkarlanıb. 

Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb. 

Bildirilib ki, COVID-19 testi pozitiv çıxmış səkkiz nəfər vəfat edib, daha 645 nəfər isə koronavirusdan sağalıb. 

Bu gün ərzində ümumilikdə 9263 test icra olunub.