Bakıda uşaq dördüncü mərtəbədən yıxılıb

10:00 19-07-2020 378

Bakının Sabunçu rayonunda 13 yaşlı uşaq ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib.

Sülh küçəsi 5 ünvanında 2007-ci il təvəllüdlü Balayev Ayxan Rauf oğlu valideyn nəzarətindən kənar qalaraq binanın dördüncü mərtəbəsindən yerə düşüb.

O, ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.